Cihazlar

iPhone 7’də ilk problem

902views

Apple iPhone 7 ilə bağlı artıq ilk şikayətlər gəlməyə başlayıb.

Qısa vaxtda sürətlə yayılan xəbərlərə əsasən, son günlərdə bir çox istifadəçi iPhone 7’nin təyyarə rejimi funksiyasında bəzi xətalar ilə qarşılaşıb.

Sosial mediyada da danışılan bu iddialara görə, iPhone 7’də təyyarə rejiminə keçdikdən sonra bu rejimi ləğv edərkən cihaz təkrar internetə qoşulmur.

Cihazın qulaqlıqlarında da problemlərin olduğu bildirilir. Məlumata görə qulaqlıq telefona bağlanır və səs normal işləyir ancaq səsi azaltmaq və coxaltmaq istədikdə cihazı idarə etmək mümkün olmur.

Apple’ın problemlər ilə bağlı şikayətlərdən xəbərdar olduğu və tədbir görmək üçün araşdırmalara başladığı bildirilir.