Gündəm

Hollandiyada ailələr övladlarını Gülən məktəblərindən çıxardır

744views

Hollandiyada çox sayıda ailələr, 15 İyul hadisələrindən sonra övladlarını Fethullah Gülən adı ilə bağlı olan məktəblərdən çıxardırlar

Anadolu Agentliyi keçən həftə “Fehullah Gülən Təşkilatları” mövzusunda bir siyahı hazırlamışdı. Yayımlanan siyahıda Hollandiyanın bir neçə şəhərindəki qeyd olunan məktəblərin, Gülən qrupuna bağlı olduğu bildirilmişdi.

Bu gün səhər isə Hollandiya qəzetləri yüzlərlə ailələrin övladlarını sözü gedən məktəblərdən çıxartdıqlarını yazdı.

Zaandam bölgəsindəki Roos məktəbində isə 7 müəllim öz ərizəsi ilə işdən azad edilmələrini istəyiblər. Məktəbin təhlükəsizlik rəhbəri Klaas Hiemstra, müəllimlərin özlərini təzyiq altında hiss etdiklərini və Türkiyə hökumətinin bu məsələdə ki mövqeyindən çəkindikləri üçün belə bir addım atdıqlarını bildirib.

Roos İslam Məktəbinin bağlı olduğu Zaanstad İslam Özəl təhsil ocağı (SİOZ), özlərinə qarşı qaralama kompaniyası həyata keçirən şəxslərə və qrumlara qarşı çıxmaq üçün məhhkəməyə müraciət etdiyini açıqlayıb.

Hollandiya baş naziri Mark Rutte, sözü gedən hadisələr ilə bağlı Ankaranın hər hansı bir müdaxiləsi olmadığini bildirib.

Rutte, Anadolu Agentiyi’nin yayımladığı “Hollandiyadakı Gülən Təşkilatları” xəbərinin hökumətlə heç bir bağlantısının olmadığını söyləyib.