Kosmos

Avropanın kosmik cihazı bu gün Mars səthinə enir

959views

Avropa Kosmos Agentliyinə (ESA) aid Schiaparelli’nin təxminən 500 milyon kilometrlik bir uçuşun ardından bu gün Mars səthinə enəcəyi gözlənilir.

ESA komandası, hər şey qaydasında davam edərsə Schiaparelli’nin Bakı saatı ilə 18:58’də Marsa enəcəyini bildirir.

Ancaq, əvvəl Marsa göndərilən kosmik cihazların yaşadığı problemlər düşünüldüyündə, Schiaparelli’nin eniş zamanı xəta yaşamaması üçün ciddi tədbirlər planlaşdırılıb.

Əslində Schiaparelli’nin enişi, 2020-ci ildə Marsa göndərilməsi planlaşdırılan daha böyük çaplı kosmik cihaz üçün bir sınaqdır.

_91983684_3741cdf7-f10d-4ae1-8c29-b00f12dbafaa

4 il sonra həyata keçiriləcək vəzifənin əsas məqsədi isə Mars üzərində hayat axtarışı olacaq.

“Marsda həyat varmı?” sualına cavab axtaracaq bu 6 təkərli cihaz, bir çox araşdırmaların aparmasında mühüm işlər göəcək.

Marsın atmosfer səddinə saatda 21 min km sürətlə girişi gözlənilən cihaz, sürətini azaltmaq üçün, roket vasitədən və paraşütdən yararlanacaq.

mars-landing-03

Əgər hər şey qaydasında davam etsə, kosmik cihaz batareya gücü çatdığı müddətcə meteoroloji araşdırmalar aparacaq. Mars səthini 2 metr qazma gücünə sahib olan Schiaparelli, bir neçə gün ərzində qırmızı planet ilə bağlı məlumatlar toplayacaq

İtaliya istehsalı olan kosmik cihaz, 2021-ci ildə vəzifəsini tamamlayacaq.

Layihənin rəhbəri Paolo Ferri, bu layihənin formalaşması üçün çox çalışdıqlarını və yeni yaradılan cihazın bu sahədəki çalışmalarına böyük təkan verəcəyini söyləyib.

paolo_ferri_head_of_mission_operations_esa_itv_in_english_video_production_full

Xatırladaq ki, layihədə Avropa Kosmik Agentliyi (ESA) və Rusiya Federativ Kosmos Agentliyi birlikdə çalışmaqdadır. Schiaparelli isə ESA’nın ExoMars adlı proqramının bir parçasıdır.

Schiaparelli, 2012-ci ildə göndəriləcək əsl kosmos cihazı üçün, müşahidə cihazı olacaq.