Futbol

Arda Turan, Çin klubuna transfer olmağa hazırlaşır

804views

“Barselona”nın türkiyəli ulduzu Arda Turan Çinin “Şanxay Şenxua” klubu ilə razılaşıb.

Türkiyə mətbuatının məlumatına görə futbolçuya 3 illik müqavilə təklif olunub və o bu illər ərzində 60 milyon avro qazanacaq.

Demba Banın da çıxış etdiyi klub Ardanı heyətinə qatmaqda israrlıdır. 40 milyon avroya “Barsaya” transfer olunan Arda 2017-ci ildə katalonların heyətində 3 oyunun hər birinə ehtiyatdan başlayıb və cəmi 20 dəqiqə meydanda olmağı bacarıb.