Yer üzünün ən təhlükəli yeri: Potato Chip Rock.
Potato Chip Rock, Kaliforniyada yerləşir, yer üzünün ən təhlükəli yerlərindən biri olaraq qəbul edilsə də turistlər tərəfindən tez-tez ziyarət edilir.
Amerika Birləşmiş Ştatlarında olan və San Diego şəhər mərkəzinə 1 saatlıq uzaqlıqda olan Potato Chip Rock, tərcüməsi ilə “Kartof çips qayası” olduqca təhlükəlidir.
853,44 metr yüksəklikdə və Woodson dağının təpəsində olan yer olduqca maraq görür. Dünyanın ən cəsur turistlərinin fotoşəkil çəkdirdiyi qaya kartof cips şəklini xatırladır.
Əslində tək qorxuducu olan qismi yerdən yüksəkliyidir. Fotoşəkillərdə görülən incə quruluşu çox ağırlığı daşıya bilir. Eyni zamanda turistlər tərəfindən böyük maraq görən Potato Chip Rokda fotoşəkil çəkdirə bilmək üçün uzun növbələr meydana gəlir.