Mobil

Yeni Nokia 3310 bəzi ölkələrdə işləmir

Nokia 3310
1.39Kviews

Bəs bunun səbəbi nədir? Yeni Nokia 3310 Azərbaycanda satışa çıxacaq mı?

HMD Global, Nokianın hüquqlarını satın aldıqdan sonra Nokia markasını köhnə günlərinə geri qaytarmaq üçün işə başlamışdı. Şirkət son olaraq Barselonada təqdim etdiyi yeni Nokia 3310 modeli ilə çox səs gətirməyi bacarmışdı. Hətta cihaz, özündən çox daha üstün modellərdən daha çox danışılmağı bacarıb.

Bu gün isə xüsusilə ABŞ-dakı yeni Nokia 3310-u gözləyən istehlakçıları xəyal qırıqlığı yaradacaq bir xəbər gəldi.

CNET-in xəbərə görə, ABŞ-lı GSM operatorlarının 900-MHz tezliyini dəstəkləməməsinə görə yeni Nokia 3310, ölkədə çalışmayacaq. Bildirilənə görə, operatorlar, 2g-li cihazlarda 850 MHZ frekansını dəstəkləyir. Məsələ ilə bağlı danışan HMD Globalın marketinq baş direktoru Patrik Mercanton, yeni Nokia 3310-u ABŞ-da satmayacaqlarını açıqlayıb.

Bəs Azərbaycanda?
Digər tərəfdən, ölkəmizdə isə belə bir vəziyyət yaşamaq mümkün deyil. Bildirilənə görə, cihaz, Avropa və Asiyada “sərbəst” şəkildə işləyəcək.