Şirkətə yaxın qaynaqların məlumatına görə iPhone 7-nin çıxış vaxtı 7 Sentyabr olaraq göstərilir.Başqa bir iddiaya görə isə Apple iPhone 7-ni Samsung Galaxy s7 Edge-ə rəqib olaraq gətirir.
Bəs yaxşı yeni iPhone 7 hansı yeni xüsusiyyətləri ilə həyatımıza girəcək?
Bu günə qədər Apple ilə bağlı düzgün təxminləri ilə tanınan KGI Securities tənqidcisi Ming-Chi Kuo yenə də maraqlı bir fikir irəli sürüb. Beleki Kuo, Apple-in 2013-cü ildə aldığı qövslü ekran patentini yeni iPhone 7 və 7 Plusda istifadə edəcəyini bildirib.
iPhone ilə bağlı son məlumat sızıntısına görə isə iPhone 7 yeni “Space black” rəng secimi ilə gələ bilər. Eyni zamanda yeni İphone 7 -də qulaqlıq girişi funksiyası olmayacaq. Digər bir iddiaya görə isə yeni cihazda 16 GB yaddaş seçimi olmayacaq. iPhone 7 Plusda isə 3 GB RAM olması gözlənilir.
Gözlənilən yeni özəlliklərindən biri isə Apple watch-da olan düymənin eynisinin yeni iPhone 7-də tətbiqidir.Odur ki yeni düymə əlavəsi də iPhone 7-də gozləniləndir.Artiq bir cox androidlərdə tətbiq edilmiş simsiz şarj (Wireless charging) özəlliyinin də yeni iPhone-larda olacağı gözlənilir.
Bir başqa iddiaya görə isə yeni ağıllı telefonun kamerası bu sahədə inqilab edəcək.
Hətta Fotoqrafçılıq sənətində belə,yeni cığır açacağı bildirilir.
Çıxacaq olan modelin daha sağlam və su geçirməz olacağı gözlənilir. Çünki bu sahədə Samsung, Apple-dan olduqca irəlidədir.
Yeni modelin satış qiyməti ilə bağlı isə heç bir məlumat verilmir.