Dəmək olar ki, hər il bir çox ağrılara, yorğunluğa və arıqlamağa faydalı yeni məhsullar haqda öyrənirik. Bu məhsulları əldə etmək ya mümkün deyil, ya da bu yaxşı işləyən, lakin nəticəsiz reklamlardan biridir.
Yəni hər saytda, jurnalda, hətta TV-də reklam olunan məhsuldan gözlədiyimiz nəticəni ala bilmirik.
Arıqlamağın yolları isə daima yenilənir, bizə cürbəcür məhsullar təklif olunur.
Həqiqətdə isə tez-tez istifadə etdiyimiz, lakin faydalarından xəbərsiz olduğumuz məhsullar çoxdur. Bu məhsullar arasında tez arıqladan və “yağları əridən” məhsullar da az deyil.
1.Mərcimək
Tədqiqatlar göstərir ki, liflə (sellülozla) zəngin qidaların çəkini azaltmaqda xeyli köməyi olur. Mərcimək isə liflə zəngin qidalardan biridir. Bundan əlavə mərciməyə bitki zülalları və digər faydalı eləməntlər daxildir.
Bir fincan mərcimək 18 qr. zülal və 16 qr. lif dəyərindədir.
2.Hindqozu
Hindqozu xüsusi doymuş yağların mənbəyidir. Bizim orqanizm belə yağları “toplamır”, tez bir zamanda “yandırır”. Tədqiqatlar göstərir ki, başqa yağlarla müqayisədə, hindqozu yağı daha çox kalori yandırmağa kömək edir.
Hind qozu yağı ilə orta odda hazırlanan xörəklər dadlı və xoş ətirli olur. Bu yağ həm də yağlı turşularla zəngindir.
3.Qaragilə
Qaragilə təzə və ya dondurulmuş halda istifadə olunur. Bu giləmeyvənin tərkibində vitaminlər, minerallar, sellüloz və digər faydalı maddələr mövcuddur. Meyvənin şirin olmasına baxmayaraq, qanda şəkərin səviyyəsini azaldır, bu isə bədəndə əlavə yağın yığılmasının qarşısını alır. Aparılan tədqiqatlara görə, qaragilə həm də diabetin inkişafı riskini azaldır.
4.Yaşıl çay
Yaşıl çayın faydalı olmasının əsas səbəbi, tərkibində antioksidantların və teinin (kofeinin daha “yumşaq” analoqu) olmasıdır. Tədqiqatlar göstərir ki, bu məhsulun “arıqlatma” effekti fiziki işlə məşğul olduğumuz zaman daha güclü olur. Yəni, yaşıl çay içməklə yanaşı həm də idmanla məşğul olsanız, istədiyiniz nəticəni daha tez əldə etmiş olarsınız.
Yaşıl çay həm də streslə mübarizədə yaxşı nəticə göstərir, çünki sakitləşdirici effektə malikdir.
5.Kofe
Kofenin tərkibində antioksidantlar yaşıl çaydan daha çoxdur. Alimlər hesab edirlər ki, “kofeman”lar (kofe sevərlər) məhs bu səbəbdəb uzun ömürlü olurlar. Həm yaşıl çayı, həm də kofeni içməyiniz məsləhətlidir. Lakin kofeni yuxu və halsızlıqla mübarizədə çox istifadə etməyin, çünki bu xroniki yuxusuzluğa gətirib çıxara bilər.