Microsoftun əməliyyat sistemləri daim proqram piratlarının hədəfində olacaq. Proqram quldurları, yeni hücum üsulları inkişaf etdirərkən Microsoft da, onların qarşısını almağa çalışacaq.
Tam bu nöqtədə Windows 10 qarşımıza çıxır. Microsoftun son göz ağrısı hər cür hücuma cavab verə bilməsi ilə birgə səslənildi. Belə ki kompüter piratlarının ciddi bir iştirak göstərdiyi Black Hat təşkilatındakı adlar belə, əməliyyat sisteminin haqqını verdi. Black Hat’in məşhur hackerləri, təcrübəli sızma cəhdlərinə yerində reaksiyalar verən Windows 10 əməliyyat sisteminə hörmət göstərdiklərini açıqca ifadə edir.
Ən böyük tərifi ntimalware scan interface (AntiMalware gözdən keçirmə ara vahidi – AMSI) əməkdaşları alır. Hal-hazırda yalnız Windows Defender və AVG təhlükəsizlik proqramlarında olan AMSI, eyni malware`lər kimi, bir çox vəziyyətə uyğunlaşmanı təmin edə bilir.
NoNoSecure’in (ciddiyik, təşkilatın adı budur) bir nömrəli adı Nikhal Mittal, tətbiqi bu şəkildə qiymətləndirir: “AntiMalware gözdən keçirmə ara vahidi, script əsaslı hücumlara qarşı inkişaf etdirilmiş böyük bir tətbiqdir. Windows 10, bu mövzuda həqiqətən də yeni sərhəd çəkdi. ”
PowerShell arxitekturası da, kompüter quldurlarından tərif eşidir. Mittal, “Bir neçə il əvvələ qədər PowerShell o qədər zəif idi ki; heç kim fərqində belə deyildi. Script əsaslı hücumlarımız, heç bir şəkildə işləmirdi. Bu dəyişmiş; əsasən sabit disk, ön yaddaş və RAM arasında yer dəyişdirən zərərvericiləri, PowerShell ilə üz-üzə gəlir. AMSI və PowerShell ikilisi oyun dəyişdirən faktorlardır” ifadələrini istifadə edib.