
Volkswagen, İ.D. Buzz adlı yeni modeli ilə, 1950-ci illərdə istehsalına başlanılan əfsanəvi Camper modelini yenidən canlandıracaq.
Retro tərz ilə yeni texnologiyanın birləşdiyi bu modeldə elektrik mühərrik istifadə ediləcək.
Klassik Camper’lərdən fərqli olaraq İ.D. Buzz’da 2 fərqli elektrik mühərrik olacaq.
Avtomobil 359 at gücündə olacaq və Avropa testlərinə görə tək enerji yükləməsi ilə 600 kilometr məsafə qət edə biləcək.
İ.D. Buzz’ın batareyaları, təxminən yarım saat ərzində 80 faiz enerji ilə dolacaq.
Ön və arxada LED işıqlarla dizayn edilən avtomobildə 22 düymlük yüngül lehimli disklər istifadə olunacaq.
Kreslolarının bucağı dəyişdirilə bilinən modeldə əlavə masa da olacaq. Zövqə görə masanın salondan çıxarılması asanlıqla mümkün olacaq.
Yeni Volkswagen İ.D. Buzz modelinin 2022-ci ildə satışa çıxarılacağı planlaşdırılır.