Dünya

Türkiyyədə yenə terror: 39 itki, 65 yaralı

Türkiyyədə terror 2017 1 yanvar
685views

Türkiyədə 2017-ci il terror hücumuyla başlayıb.

İstanbul şəhərinin Ortaköy bölgəsindəki məşhur gecə klubu Reina’ya təşkil edilən silahlı hücumda 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb. Yaralılardan dörd nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Silahlı hücum Türkiyə saatıyla 01:15’də meydana gəlib. Həmin anda is gecə klubunda təxminən 800 insan olub. Silahlı şəxs qapının önündəki Polisi vurduqdan sonra içəri girərək ətrafı güllə yağışına tutub.

yaaz.az Turkiyede terror hadisesi 1 yanvar 2017

20 nəfərin kimliyi məlumdur 

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu, “39 nəfər həyatını itirib. 20 nəfərin tam şəxsiyyəti müəyyən olunub. Bunlardan 15-i qonağımız, xarici vətəndaş, 5-i də Türkiyə vətəndaşıdır. Dəqiq deyil ancaq zənn edirəm ki, o 5 nəfərin 3 və ya 4-ü klubda çalışan insanlardır. Digər 19 nəfərin kimliyi araşdırılır” deyə bildirib.

yaaz.az Turkiyede terror hadisesi 1 yanvar 2017

Hücum bir nəfər tərəfindən həyata keçirilib

Nazir hücumu həyata keçirən şəxslə bağlı, “İlkin araşdırmalara görə hücum bir nəfər tərəfindən həyat keçirilib. Çinayətkarın içəri girərək ətrafı güllələdikdən sonra üst geyimini dəyişərək oranı tərk etdiyi təxmin edilir. Bu məlumatlar təhlükəsizlik xiddməti tərəfindən daha geniş araşdırılır” deyə ifadəsində bildirib.

yaaz.az Turkiyede terror hadisesi 1 yanvar 2017

İŞİD ehtimalı

Hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin edilir. Eyni zamanda hadisəyə şahid olan insanlar cinayətkarın ərəbcə bağırdığını söyləyib.

yaaz.az Turkiyede terror hadisesi 1 yanvar 2017

Receb Tayyib Erdoğan’dan ilk açıqlama:

“Millətimizə qarşı olan bu hücumlar və onları yönəldənlər, sivil vətəndaşları da hədəf alan mənfur hücumlarla, ölkəmizi istikrarsızlaştırmağa, xalqımızın əhvalını pozaraq xaos meydana gətirməyə çalışırlar. Fərqli terror təşkilatları tərəfindən ölkəmizə qarşı olan bu hücumaların bir başa əlaqələrindən xəbərdarıq . Bunu həyata keçiriən qurumları da kökündən məhv etməyə qərarlıyıq. Bu vaxtlarda itirdiyimiz hər bir insan, bizi kədərləndirməklə birlikdə, mübarizə əzmimizi daha da gücləndirməkdədir”