Dünya

Türkiyəyə aid yük təyyarəsi qəzaya uğrayıb, ən az 32 itki

Turk karqo teyyaresi qezaya ugrayib
594views

Türkiyənin ACT Hava yollarına aid yük təyyarəsi Qırğızıstanın Manas Havalimanı yaxınlarında qəzaya uğrayıb.

Təyyarənin Datça-Su kəndində, evlərin üzərinə düşməsi nəticəsində 4 nəfərlik ekipajla bərabər 6-sı uşaq ən az 28 nəfərin həyatını itirdiyi bidlirlir.

Qəza nəticəsində kənddə olan 15 evə böyük ziyan dəyib.

Təyyarənin enişə keçdiyi vaxtda bölgədə olan sıx duman səbəbindən qəzaya uğradığı düşünülür.

Qeyd edək ki, 2003-ci ildə istehsal olunan Boeing 747-400 tipli təyyarə Hong Kong – İstanbul səfərini həyata keçirirdi.