
728views
Əgər bu telefona sahibsinizsə Samsung ilə əlaqə saxlayın!
Türkiyədə Erce Bayer adlı istifadəçinin, bir müddət əvvəl aldığı Samsung Galaxy Note 7 telefonu şarj olarkən yanıb.
Verilən məlumata əsasən Erce Bayer hər hansısa ciddi xəsarət almayıb.
Qeyd edək ki, bu hadisə Samsung Galaxy 7 telefonunda ilk deyil.
Daha əvvəl də dünyanın fərqli ölkələrində bu problemin yaşanması səbəbindən Samsung bütün Galaxy Note 7 telefonlarını geri toplayır.
add a comment