659
ABŞ və Yaponiyadan olan elm adamları yer qabığındakı sürüşmələri hesablayaraq Türkiyənin “Amasia” adı verilən yeni qitənin daxili təbəqələrində qalacağı proqnozunu veriblər.
Habertürk qəzetinin bildirdiyinə görə, ABŞ-ın Yale Universiteti və Yaponiyanın Dəniz və Yer Elmləri Texnologiya İnstitutu tədqiqatçılarının hazırladığı modelə görə yer qabığındakı sürüşmələr səbəbindən Asiya ilə Afrika, Şimali Amerika ilə Cənubi Amerika qitələri birləşəcək.
Bundan başqa, Asiya və Amerika qitələri arasında Berinq Boğazı da ortadan qalxacaq və iki qitə şimaldan birləşəcəkdir. Aralıq dənizi kiçik bir daxili dəniz halına gələrkən Türkiyə torpaqları “Amasia” adı verilən yeni qitənin daxili təbəqələrində qalacaq.
add a comment