ABŞ prezidenti Donald Trump, Twitter mesajında, “Sabah (Çərşənbə günü) Milli Təhlükəsizlik sahəsində böyük gün olacağı planlaşdırılır. Bir çox şeylə bərabər o divarı da hörəcəyik!” deyə yazıb.
Reuters xəbər agentliyi, Trump’ın Çərşənbə günündən etibarən ABŞ-a immiqrant girişlərini məhdudlaşdıran və sərhədlərdə nəzarəti artıran müəyyən inzibati qərarları imzalayacağını bildirib.
Xəbərə görə, bu sərəncamlar arasında qaçqınların qəbulunun müvəqqəti olaraq dayandırılması, Orta Şərq və Afrikadakı yeddi ölkənin vətəndaşlarına verilən vizaların etibarlılığının təxirə salınması yer alacaq.
Sözü gedən ölkələrin Suriya, İraq, İran, Liviya, Somali, Sudan və Yəmən olaçağı gözlənilir.
Məlumata görə, Trump’ın qaçqınların girişini məhdudlaşdıran qaydalara həftə sonuna qədər imza ataçağı gözlənilir.
Yeni qaydaların, ABŞ-a bir müddətdir Suriyalı qaçqın qəbul etməsi çağırışı edən humanitar yardım təşkilatlarının etirazına səbəb olacağı bildirlir.
Qeyd edək ki, Trump, seçki kampaniyası ərəfəsində müsəlmanların ABŞ-a girişinə maneə törədəcəyini və ABŞ-dakı müsəlmanların qeydə alınacağını söyləmişdi.
ABŞ prezidenti, həmçinin qaçaq immiqrant girişinin qarşısını almaq üçün ABŞ-Meksika sərhədinə divar hörəcəyini və ölkədə qeyri-qanuni olan şəxslərin deportasiya ediləcəyini bildirmişdi.