Avtomobil

Tayota, Corolla və Yaris modellərini geri çağırır

1.09Kviews

Yaponiyanın avtomobil şirkəti Tayota, 6 milyona yaxın avtomobilini geriyə çağırıb.

Tayota, Takata markasına aid olan hava yastıqlarını dəyişdirmək üçün Yaponiya və bir neçə Avropa ölkəsinə satılan Carola,Yaris modellərini geriyə çağırdığını açıqlayıb.

Məlumata görə, Takata markasına aid olan hava yastığı məhsullarının hazırlanmasında istifadə olunan kimyəvi komponentdəki qüsur səbəbindən, qəza zamanı açılan şar ətrafa metal qəlpə saçır.

Bildirilir ki, sözü gedən məhsul, əsasən ABŞ’da baş verən yol qəzalarında 16 nəfərin həyatını itirməsinə səbəb olub.