Xəbərlər

Təhlükəsiz uçuş üçün təyyarədə harada oturmalısınız

1.51Kviews

Təyyarə oturacağınızı seçərkən diqqətli olmanız gərəkən 15 nüans.

Yaaz.az sizlər üçün Cheapflights səyahət şırkətinin rəhbəri Andrew Shelton’un bu məsələ ilə bağlı yazılarını araşdırıb.

1. Çıxış olaraq göstərilən qapıların qarşısındakı oturacaqlar və ən arxadakı oturacaqlar arxaya dogru əyilmir.

2. Çıxışın arxasındakı oturacaqlarda pəncərələr yoxdur.

3. Mətbəx bölməsinə yaxın olan oturacaqlar sakit uçuş keçirtmək istəyənlər üçün ideal yer sayılmır. Sərnişinlərin yemək və içməkləri burada hazırlandığından səs küylü yerdir.

4. Arxa oturacaqlar təyyarədən enərkən biraz gözləmənizə və hava brulğanları zamanı daha çox sarsılmanıza səbəb olsa da, burada əl baqajlarınıza daha rahat yer tapa bilərsiniz. Bəzi hava yolları hətda arxa tərəfdə oturan sərnişinləri ilk olaraq təyyarəyə dəvət edir.

_91326634_p048j35w

5. Son 35 ilin qəza təcrübəsi göstərir ki, təyyarənin arxa oturacaqlarının orta bölməsi daha qoruyucudur. Ancaq bu təbii ki sizi siğortalamır.

6. Fövqaladə hal zamanı, təcili çıxışa nə qədər yaxın oturmusunuzsa, bir o qədər də təyyarəni tez tərk edə biləcəksiniz. Ancaq bu da bir az sizin xasiyyətinizə bağlıdır. Çünki çox vaxt tam çıxışın önündə oturan insanlar, köməklik üçün özlərini borclu hesab edirlər.

_91326636_thinkstockphotos-480333002

7. Tək oturmaq istəyənlər çantalarını alıb arxa bölümə keçə bilərlər. Təyyarənin arxası əksər hallarda boş olur.

8. Təyyarədən tez bir zamanda enməyi planlaşdırırsınızsa, sözsüz ki, ön hissədə oturmalısınız. Əgər biletinizdə oturacaq rəqəmləri 10’dan yuxarını göstərirsə o zaman öndə oturan bir insana, yerinizi deyişməyinizi təklif edə bilərsiniz. 60 % insanlar  razılaşırlar.

9. Uçuş ərəfəsində bəzi sərnişinlər qulaq ağrısı yaşayır. Bu sərnişinlərin isə ağrını qəbul etməkdən başqa seçimləri yoxdur, bu ağrılar bütün oturacaqlarda eynidir.

10. Yeməklərin paylanması əsasən ön sıralardan başlayır. Təyyarədə yemək qoxusunun vurğunusunuzsa mütləq ön sıraları seçin. Bəzən hətda yeməklər sona çatanadək tükənə bilir. Bəzi hava yolları vegeteriyan insanlara və uşaqlara öncədən xüsusi yemək seçmə şansı verir.

_91326638_thinkstockphotos-185828019

 

11. Təyyarənin orta hissəsində oturmusunuzsa, yemək zamanı tualete getmək istəsəz, gözləməli olacaqsınız. Çalışın yemək vaxtından öncə kiçik təyyarə otağı səyahətini önə salın.

12. Təyyarənin ön hissəsində təyyarə mühərrikinin səsi daha azdır. Ön sıraları bu səbədən də seçə bilərsiniz. Pəncərə önü oturacaqları da səsi sevməyənlər üçün düzgün seçim deyil.

13. Bəzi hava yolları oturacaqların rahatlığına, önündə yük yerləşdirmə masafəsinin olmasına görə oturacağın qiymətini digərlərinə görə daha baha satır buna diqqət edin.

_91326882_thinkstockphotos-480923344

14. Tualet otaqlarına yaxın olmaq isəmirsinizsə, oturacaq seçiminə həmçinin evvəlcədən diqqətli yanaşın.

15. Son olaraq, çalışın internet vasitəsi ilə biletlərinizi alın, əgər gecikməmisinizsə bu zaman istədiyiniz oturacağı rahat seçə bilərsiniz. Təyyarəyə minmə anına qədər seçdiyiniz oturacağı deyişə bilərsiniz.

_91326632_p048hbkw

Xoş səyahətlər.