DünyaSiyasət

Son nəticələr nə göstərir? | Hansı ştatda kim öndədir?

640views

Amerikalılar 45-ci Prezidentini seçmək üçün hal hazırda seçkilərə qatılmaqdadır.

Bakı saatı ilə 15:00 da başlayan səs vermə nəticələrinin sabah səhər 09:00’da məlum olacağı gözlənilir.

Sorğunun ilkin nəticələrində az fərqlə də olsa öndə olan Demokrat nazmizəd Hillary Clinton, New York ştatının Chappaqua bölgəsində öz səsini verib.

Səs verməyə həyat yoldaşı və eyni zamanda ABŞ’ın 42’ci Prezidenti Bill Clinton ilə qatılan Clinton, buradakı açıqlamasında, “Çox xoşbəxtəm. Hədindən artıq sevinirəm. Bütün dostlarım və qonşularım ilə bir yerdə olmaq məni sevindirir” deyə bildirib.

yaaz.az foto amerikada prezident seckileri

Respublikaçı namizəd  Donald Trump da öz səsini New York ştatında verib. Trump səs vermə mərkəzinin önündəcə etirzaçılarla qarşılaşıb.

Səs vermədən öncə Fox Televiziyasına telefon ilə qoşulan Trump, “Düzgün bir lider hakimiyyəti altında həyata keçirilməli olduqca çox xəyal və ümidlər var. Amerika xalqının qəlbi çox sınıb” deyə bildirib.

46 milyon Amerikalı erkən səs vermədən yararlanıb

Sorğunun son nəticələrinə əsasən, Demokrat namizəd Clinton, Respublikaçı Trump’dan 4 xal öndə idi.

Ancaq 46 milyon Amerikalı səs vermə məntəqələrində və poçt vasitəsi ilə səslərini verdi. Bu Amerikalılar üçün yeni rekorddur.

yaaz.az foto amerikada prezident seckileri

ABŞ’ın NBC Televiziya kanalının internet saytı, “Trump və komandası, Clinton’un e-mail skandalının seçkiyə az bir müddət qalmış gündəmə gəlməsi səbəbindən, Clinton’a səs verməyi planlaşdıran insanların seçkiyə qatılmayacağına ümid edir” deyə bir yazı paylaşdı.

Funancial Times isə, “Əgər qara dərili insanlar, Latın Amerikasından olanlar və gənclər səs verməyə qatılmasa, bu Clinton’a böyük zərbə ola bilər. Ağ dərili Amerikalılar səs verməyə getməsə, bu dəfə Trump məyus ola bilər” ifadəsinə yer verdi.

yaaz.az foto amerikada prezident seckileri

Səs vermənin nəticələri ilk olaraq Indiana’da bəlli olacaq. Ardından isə Kentucky’də səs vermə btəcək.

Hər iki ştat da Respublikaçıların qapıları olaraq görünür.

Səs vermə tamami ilə bitdikdən sonra isə nəticələr ekranlarda öz yerini alacaq.

Ən vacib anlar gecə saatlarında yaşanacaq. Virginia ştatından gələn səslər çox önəmlidir. Əgər burada Demokratlar öndə olsa Clinton rahat nəfəs ala biləcək. Buna görə də saat 04:00’a diqqət.

Saat 05:00’da isə ABŞ’ın 50 ştatının vacib bölgələri arxa arxaya səs vermənin bitdiyini açıqlayacaq.

yaaz.az foto amerikada prezident seckileri

Beləliklə artıq söz haqqı yeni prezidentini seçəcək ABŞ seçicilərindədir. Respublikaçı Donald Trump’mı ya Demokrat Hillary Clinton’mu?

Əgər yuxusuz bir gecə planınızda varsa, ABŞ’ı qarşıdakı 4 il ərzində idarə edəcək, tarixi seçkilərin qalibinin adının açıqlanmasına siz də şahid olun.

Ola biləcək Trump qalibiyyəti sizə orta səviyyədə bir sürpriz yaşada bilər. Ancaq ABŞ tarixində bildiyimiz kimi bundan da böyük sürprizlər baş vermişdir.

yaaz.az foto amerikada prezident seckileri
Noyabrın 8-ə qədər olan erkən səs vermənin nəticələri
yaaz.az foto amerikada prezident seckileri
Bəzi bölgələr üzrə səs vermənin ilkin nəticələri