Dünya

Şimali Koreya lideri Kim Jong-un’un qardaşı Kuala Lumpur aeroportunda öldürülüb.

Kim Jong Unun qardashi oldurulub 2017
723views

Şimali Koreya lideri Kim Jong-un-un atabir qardaşı Kim Jong-nam Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən aeroportda öldürülüb.

Malayziya polisi deyir ki, cənab Kim Makao şəhərinə aviareysini gözlədiyi an ona bir qadın yaxınlaşaraq onun gözlərində yanan hiss yaradan bir parça ilə üzünü örtüb.

O aviareys biletini öz adı olmayan pasportla almışdı.

Şimali Koreyanın sabiq prezidenti Kim Jong-il-in böyük oğlu Kim Jong-nam atasının varisi seçilmədikdən sonra ölkəni tərk etdiyi düşünülür.

Cənubi Koreya hökuməti adları çəkilməyən mənbələrdən cənab Kimın öldürüldüyünü mətbuata çatdırdıqdan sonra, Malayziya polis rəsmisi cənab Kimin öldürüldüyünü təsdiqləyib.

yaaz.az 2017

Malayziya polis rəsmisi Fadzil Əhməd Malaziyanın Bernama xəbər agentliyinə deyib ki, cənab Kim “aviareysini gözlədiyi an ona arxadan bir qadın yaxınlaşaraq üzünü yaş parça ilə örtüb”.

“Bundan sonra kişinin parçada olan mayedən gözlərinin yandığına görə aeroport işçisindən kömək istədiyi deyilir.”

“Bir neçə dəqiqə sonra o, Putrajaya xəstəxanasına göndərilib. Orada onun ölümünü təsdiqləyiblər”, cənab Əhməd bildirib.

Reuters xəbər agentliyinə ayrıca müsahibədə cənab Əhməd bildirib ki, şübhəli qismində heç kəs hələ yoxdur, lakin təhqiqatçılar araşdırmalarına davam edirlər.

Öldürülən kişinin pasportunda adı Kim Chol və doğum günü 10 iyun 1970-ci il kimi qeyd olunub, lakin polis onun əslən 10 May 1971 təvvəlüdlü Jim Jong-nam olduğunu təsdiqləyib.

Malayziya polis rəsmisi deyib ki, o, Şimali Koreyanın səfirliyinə cənab Kim-in ölümü barədə xəbər verib.

Onun bədəni üzrə aparılan yarılma və təhqiqatın nəticələri hələ ki, aydın deyil.

2011-ci ildə Yapon mediası onun “sülalə varisliyinə” qarşı olduğunu dediyini bildirmişdi.

2012-ci ildə isə bir kitabda onun atabir qardaşının rəhbərlik qabiliyyətinə malik olmadığını və Şimali Koreyaya Çinin həyata keçirdiyi iqtisadı islahatların lazım olduğunu düşündüyü yazılmışdı.

Eyni il, Cənubi Koreya mətbuatı ölkədə həbs edilən və Şimali Koreya casusu olmaqda ittiham olunan şəxsin cənab Kim-in avtomobil qəzasında qətlini planlaşdırdığını yazıb.