Səyahət

Sevgilinizlə bu yerlərə əsla getməyin

1.15Kviews

İnternetdə bir çox yerdə sevgilinizi haralara apara biləcəyinizi oxuyursunuz. Təbii ki, hər zaman tapdığınız ideal yerlər, əslində ideal olmayada bilir.

Oğlanlar, dostlarınız yəqin ki, xəbərdar edib: “Əsla Praqaya sevgilinlə getmə; qızlar çox gözəl olurlar, narahatçılıq yaşana bilər!” Əlbəttə əlaqənizin narahatçılıq yarada biləcək tərəflərini bilmirəm amma məncə Çexlərdə elə həddindən artıq qısqanclıq yaradacaq bir vəziyyət yoxdur. Ayrıca Praqa çox romantik olduğundan, sevgili ilə o qədər də narahatçılıqlar yaşanmaz. Düşünün, Tyn Cathedral qarşısında əl-ələ oturursunuz, Charles Bridge’də eşqinizin simvolunu kilid kimi asırsınız. Amma əlbəttə heç olmayacaq, gedilməməsi məsləhət görülməyən yerlər də var. “Mümkün olarsa sevgilisiz çıxmanız məsləhət olunn tətillər” üçün variantlar aşağıdadır:

Kazantip Festivalı:
Əslində Avropa sərhədlərində reallaşan bir çox festival, həddindən artıq gözəllikdə insanla dolu olduğundan, cütlər üçün yorucu və hətta sarsıdıcı ola bilir.

Sıx Hippi Bölgələri:
Əgər əlaqədə olduğunuz qadın gerçək bir təbiət tutqunu və düşərgə sevdalısı deyilsə, qısacıq tətilini onunla balqabaq, kəpənəklər və s. hippie bir vadidə keçirtməyin.

Mərakeş, Kolumbiya, Türkiyə:
Dünyanın ən təhlükəli və qadınlar üçün təcavüz variantları təqdim edən tətil istiqamətlərinə baxdığımızda, araşdırmalar bizə Yeni Meksikada, Kolombiyanın paytaxtı Bogota’da, Mərakeşdə və təəssüf ki, Türkiyədə də diqqətli olmamız lazım olduğunu söyləyir. Bu siyahıda Hindistan (Yeni Delhi), İndoneziya (Cakarta), Malayziya (Kuala Lumpur) kimi bir çox ölkələridə əlavə etmək mümkündür.

Las Vegas-Kipr-Amsterdam:
Mövzunu hara gətirəcəyəmi yəqin ki, anladınız. Bəzi yerlərdə yaşananlar, oralarda qalması lazımdır. Əlbəttə bu lüksü, yanınızda hər baxışınıza və hər qədəh içkinizə nəzarət edən biri varkən yaşamaq o qədər də asan deyil.

Moskva-İrəvan:
Moskvaya gedənə qədər bir kişinin qadınla münasibəti varla yox arasında olduğunu düşünürsünüzsə, oradan qayıdannan sonra bunu düşünməyiniz belə mənasızdır. Moskva, əl dəyməmiş kişilərimiz üçün belə hətta açıq təkliflərlə dolu bir əyləncə anlayışı təqdim edir. Çox gözəl qızların rəqs şoularını izləmək istəsəniz, mütəxəssislər Rasputin və ya Egoistka Nochnoy Klub kimi yerləri təklif edirlər. Müharibə şəraitində olduğumuz üçün haqqında çox az şey bildiyimiz İrəvanda isə, şəhərin daş binalarının zirzəmi qatlarında, saysız “strip club” var və girişləri 6-10 avro kimi qiymətlərdədir. Şəhərin xaricində çox məsləhət olmayan qumarxanalar da var, amma bir böyrəyinizidə burada itirə bilərsiniz.

Kutemajrvi Seks Festival:
Finlandiyada hər il iyul ayında reallaşan bu müasir festival, yalnız Finlilərin nə qədər içdən və bir o qədər də dəli ola biləcəyini görməniz üçün belə gedə biləcəyiniz bir yerdir. Seksi şouların, konsertlərin, insanların çılpaq da qatıla biləcəyi seks dərslərinin və müxtəlif növ seksual oyuncağın tapıla biləcəyi festivala, tək getmək daha əyləncəli ola bilər.