Dünya

Samsungun gələcək rəhbəri üçün həbs qərarı çıxarıldı

Lee Jae-Yong
673views

Cənubi Koreyada həyata keçirilən rüşvət istintaqı çərçivəsində Samsung şirkətinin Prezidentliyə namizədi Lee Jae-Yong haqqında həbs qərarı çıxarılıb.

Sözü gedən istintaqın, Cənubi Koreya Dövlət Prezidenti Park Geun-Hye’nin vəzifədən uzaqlaşdırılmasına səbəb olan skandalla bağlı olduğu bildirilir.

Samsungun hazırki müvəqqəti rəhbəri Lee, səhmdarların etirazına baxmayaraq 2015-ci ildə iki şirkətin birləşməsini təmin etmək üçün rüşvət verməsi səbəbindən günahlandırılır.

yaaz.az Lee Jae-Yong  haqqinda

Lee Jae-Yong kimdir?

– Samsungun varisi

– Samsungun qurucusu Lee Byung-Chul’un nəvəsi və hal hazırki Samsung Prezidenti Lee Kun-Hee’nin oğlu.

– 48 yaşı var və karyerası tamamilə Samsungda keçib. Hal-hazırda şirkətin sədr müavinidir.

– Keçən il Samsung Electronics’in idarə heyəti üzvlüyünə namizəd göstərildi və 27 oktyabrda da qəbul olundu.

– Hal hazırda səhhəti yaxşı olmayan 74 yaşındakı atasının yerinə keçməsi gözlənilir.

– Bir çox insanlar, hazırki vəzifəsini təcrübəsi sayəsində deyil, ailə üzvü olması səbəbindən qazandığını bildirir.

yaaz.az Lee Jae-Yong  haqqinda

Şirkət hissələrində geriləmə.

Lee, əslində Samsung Electronics’də Prezident köməkçisi olaraq çalışır. Ancaq Atası Lee Kun-Hee’nin 2014-ci ildə infarkt keçərməsinin ardından, Samsung şirkətlər qrupunda müvəqqəti rəhbər vəzifəsini icra etməyə başlayıb.

Həbs qərarının açıqlanmasının ardından, Samsung Electronics’in hissələrində 2 %,  əsas səhmdar Samsung C & Tin hissələrində isə 0.8 % geriləmə qeydə alınıb.