Cihazlar

Samsung Galaxy Tab S3 nəhayət ki, görüntüləndi

Samsung Galaxy Tab S3
984views

Samsung Galaxy Tab S3 nəhayət ki, görüntüləndi.

Samsungun 26 fevralda Barselonada göstərəcəyi Galaxy Tab S3-ün ilk gerçək fotoları dərc olunub.

Samsung, bir neçə həftə əvvəl göndərdiyi mətbuat dəvətilə MWC 2017 sərgisində Galaxy Tab S3-ün göstəriləcəyinə işarə etmişdi. S Pen qələmi məsələsini xüsusi qeyd edən Cənubi Koreyalı şirkətin əlavə olaraq istəyə bağlı Bluetooth klaviatura təqdim edəcəyi də qeyd edilənlər arasındadır.

Samsung Galaxy Tab S3

Cənubi Koreyalı Samsungun ay sonundakı MWC 2017 sərgisi zamanı göstərəcəyi Galaxy Tab S3 modelinin detalları aydınlaşıb. Belə ki, Qualcomm Snapdragon 820 sistem ilə gəlməsi gözlənilən Tab-ın 9.6 düyümlük ekranda QHD görüntülər əmələ gətirə bilməsi qeyd olunur. Üstəlik, yaddaş tərəfində də baza modelin 32 GB olacağı proqnozlaşdırılır. Digər tərəfdən, 4 GB Ram, barmaq izi sensoru, 12 MP arxa və 5 MP ön kamera da digər detallar arasındadır.


Üstəlik, Samsungun MWC 2017-də Galaxy S8-i təqdim edəcəyi tarixi də açıqlaması gözlənilir.