Cihazlar

Samsung Galaxy S8 tanıdıldı | Yeni modelin Azərbaycanda satış qiyməti

Samsung Galaxy S8 2017
2.15Kviews

Cənubi Koreya mərkəzli nəhəng texnologiya şirkəti Samsung, bu gün təşkil etdiyi xüsusi təqdimatla yeni Samsung Galaxy S8 və Galaxy S8 Plus modelini tanıdıb.

Hər iki modeldə də diqqət çəkən əsas məqam, yeni cihazların ekranlarıdır. Çərçivələri nisbətən incəldən Samsung, demək olar ki çərçivəsiz bir dizayn yaradıb.

Samsung Galaxy S8 5.8 düym ekrana, S8 Plus isə 6.2 düym ekrana sahibdir.

Samsung, yeni modellərdə home düyməsi ilə vidalaşıb. Əvəzində isə,  ‘Invisible Home Button ” sistemindən istifadə edib. Toxunuşa həssas yeni home düyməsi, iPhone modellərdindən tanıdığımız 3D Touch sistmeinə bənzər sistemə sahib olacaq.

Hər iki cihazda da barmaq izi tanıma xüsusiyyəti telefonun arxa hissəsinə köçürülüb. Digər ən diqqət çəkən xüsusiyyətlərindən bir isə, cihazların üz tanıma xüsusiyyətidir.

Galaxy S8 və S8 Plus 5 fərqli rəngdə olacaq.

Hər iki model də su və toza qarşı davamlı olacaq. Modellər IP68 sertifikatına sahibdir. Buna görə də həm Galaxy S8 həm də Galaxy S8 Plus 1.5 metr dərinlikdə suyun altında 30 dəqiqə ərzində qala bilir. Modellərin digər diqqət çəkən xüsusiyyəti isə wireless enerji yükləməyə sahib olmasıdır.

Galaxy S8 modelinin Azərbaycanda satış qiymətinin təxminən 2099 azn, S8 Plus modelinin isə 2399 azn olacağı gözlənilir.