Dünya

Rusiya, Rüstəm Aselderov’un öldürüldüyünü açıqladı

603views

Rusiyanın kəşfiyyat qrupu FSB, Şimali Qafqazda, Maxaçqala yaxınlığında, İŞİD’ə bağlı qrupun 5 üzvünün öldürüldüyünü açıqlayıb.

Onların arasında lider olaraq göstərilən Rüstəm Aselderov’un da olduğu bidlirilir. 35 yaşlı Aselderov, Şeyx Əbu Məhəmməd əl-qədər olaraq da tanınırmış.

FSB, Aselderov’un Dağıstana olan hücumlara da rəhbərlik etdiyini, 2013-ci ildə Volqaqradda təşkil olunan və 34 nəfərin ölümü ilə nəticələnən bombalı hücumda da iştirak etdiyini bildirib.