622
İstanbulun mərkəzində yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında güclü partlayış baş verib.
Ard-arda baş verən 2 partlayış, Beiktaş və Bursasupor klubları arasında oynan Super Liqa oyunundan sonra eşidilib. İlkin məlumatlara əsasən terror olduğu düşünülən hücumda, polis qüvvələri hədəf alınıb.
İngiltərənin ‘Reuters’ xəbər agentliyi, təhlükəsizlik xidmətlərindən aldığı xəbərə əsasən, partlayışda ən az 13 nəfərin həyatını itirdiyini açıqlayıb.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu isə, partlayışın “canlı bomba” olduğunu düşündüklərini söyləyib.
add a comment