Balıqçılıq sektoru, qarmaq ilə balıq tutmağın, Tokio’da təşkil olunacaq 2020 Yay Olimpiadasında tətbiq olunması üçün Olimpiada komitəsinə rəsmi təklif göndərib.
Beynəlxalq Balıqçılıq İdman Konfederasiyası, qaramq ilə balıq tutmağın çox tanınan bir idman olduğunu və bunun Olimpiaada çərçivəsində təşkilinin həm bu idman növünə həm də Olimpiada idealogiyasına yararlı olacağını bildirib.
Konfederasiya, balıqların tutulduqdan sonra yenidən suya buraxılacağını söyləyir.
Ancaq təklifə şüphə ilə baxanlar, balıq ovunda şans məsələsinin önəmli olduğunu və bəzi insanlar üçün maraqsız olacağını bildirirlər.
Bu səbəbdən də Konfederasiya Prezidenti Ferenç Szalay’ın balıq ovlamağın ‘qədim zamanlara dayanan ədalətli rəqabət ‘ olduğu fikirləri o qədər qəbul oluna biləcək bir işə bənzəmir.
Xatırladaq ki, Sörf, baseball-softball , skeytbord, climbing (dırmaşma) və karate Tokio 2020 Olimpiadasına yeni əlavə olunan idman növləridir
Beynəlxalq Olimpia Komitesi, gənçləri ətrafına toplaya biləcək idman növləri ilə Olimpiadaya marağı daha da artırmaq niyyətindədir.