FutbolXəbərlər

Qarabağ son saniyədə məğlubiyyətdən qurtuldu, Qəbələ isə rəqibi ilə bacarmadı

732views

Dünən Avropa Liqasının yeni mövsümünün ilk oyunlarına start verildi. Həyəcan ilə gözlədiyimiz 2 təmsilçimiz Qarabağ və Qəbələ ilk oyunlarını keçirdilər. Dalğa Arena-da baş tutan Qarabağ-Slovan oyununda komandamızın qələbə qazanacağına inam çox idi. Lakin təəssüf ki, hər şey gözlədiyindən fərqli başladı. Oyunun 8-ci saniyəsində Qarabağ gözlənilmədən qapısında qol gördü. Michelin səhvindən sonra topu ələ keçirən Baros onu Sykoraya ötürür və sonuncu hesabı açır. Rəqibin sevinci çox çəkmir. 7ci dəqiqədə Dani Quintananın küncdən ötürdüyü topu məhz Michel baş zərbəsi ilə qapıya göndərib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissənin 68-ci dəqiqəsində Slovan yenidən hesabda irəli keçib. 68-ci dəqiqədə Baros fərqlənib. Bundan sonra irəli atılan Qarabağ rəqib qapısında güclü təzyiq yaradıb. Son dəqiqələri hücumda keçirən kapitanımız Rəşad Sadıqov matça əlavə olunan 3-cü dəqiqədə gözəl qol vuraraq komandamıza 1 xalı qazandırıb.

Digər təmsilçimiz Qəbələ isə Anderlecht səfərindən əliboş dönüb. Teodorczyk-in vurduğu qol ilə hesabda geriyə düşən Qəbələ 20-ci dəqiqədə Dabo ilə tarazlığı bərpa edib. 41-ci dəqiqədə rəqib yenidən önə keçib. Rafael Santos avto-qol müəllifi olub. 2-ci hissədə Diego Capel ilə daha bir qol vuran Anderlecht yekunda 3:1 hesablı qələbəyə sevinib.

Elnur Cəfərov
idman xəbərləri yazarı