Sağlamlıq

Qadınlar kişilərdən daha güclüdür?

818views

Kişilərin ölüm ehtimalı qadınlara nisbətdə daha yüksəkdir.

Royal Holloway Universitetindən elm adamları Fransisko UbedaVincent Jansen, riyazi modelləmədən istifadə edərək, virusların, anadan uşağa keçmə ehtimalı var olduğu müddətcə qadınlara daha az təsir etdiyini ortaya qoyublar.

Nəticələri New Sayentist jurnalında nümayiş olunan araşdırmada, kişilərin vərəmdən ölmə ehtimalının qadınlardan 1.5 dəfə çox olduğu, papillom virusu daşıyan kişilərin qadınlardan 5 dəfə çox xərçəngə yaxalandığı, yenə Epstein-Barr virusu daşıyan kişilərdə, Hodgkin lenfoma xəstəliyinin qadınlardan 2 dəfə çox görüldüyü nümunələri verilib.
Yaponiyada T hüceyrəli leykemiya virusu daşıyıcısı kişilər qadınlardan daha çox xərçəngə tutularkən, Karib Hövzəsində belə fərqin görülməməsi ilə bağlı suallarda ortaya atılıb. Bunu isə elm adamları, Yaponiyadakı qadınların körpələrini Karib Hövzəsindəki qadınlardan daha uzun və geniş şəkildə əmizdirdiyini, bunun da virusun, digər daşıyıcıya yoluxma imkanı verdiyini ilə bağlı olduğunu ifadə ediblər.