Digər İdman

Polo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Polo üzrə dünya çempionatı 2020 Azərbaycan
692views

2020-ci ildə polo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev deyib.

Onun sözlərinə görə, artıq qitə yarışının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Atçılıq Federasiyasının iclasında qərar qəbul edilib.

B.Nəbiyev polo üzrə Azərbaycan millisinin hazırda Argentinada təlim-məşq toplanışında olduğunu söyləyib:

“Bizim çövkən oyunçularından ibarət polo üzrə milli komandamız var. Çövkən yarışları bizə polo üzrə milli komandaya yeni oyunçuların seçilməsinə imkan verir. Hazırda polo yığmamız Argentinada təlim-məşq toplanışı keçir. Bu yarışdan sonra bəzi oyunçular seçiləcək və komandanın ikinci heyəti formalaşacaq”.

Baş katib deyib ki, Azərbaycanın polo yığması 2018-ci ildə İtaliyanın Syena şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.