
1. Neon rənglər
Parlaq neon rənglərinin çalarları payız/qış mövsümün favoritlərindəndir.
Bir tədbirə qatılırsızsa cəsarətlə bu rənglərdən istifadə edin.

2. Zərlər
Dəb evlərinin modelləri Payız/Qış/2016-17 kolleksiyalaırını təqdim edərkən fərqli makiyaj ilə də dəbə diktə ediblər.
Beləki,bütün eksperimentlər üçün məhz bu payız yaşıl işıq var,göz qapaqlarına bol zər istifadə etmək,gözün alt qapağına gümüşü xət çəkmək,rəngli-parıltılı oxlar çəkmək məqbul sayılacaq.
Zərlər qalıcı olsun deyə yapışqan fırça ilə istifadəsi məsləhət verilir.

3. Rok
“Smoky-eyes” Kölgəli gözlər,qalın çəkilmiş oxlar,zil qara göz kölgələri ilə rəngsiz dodaq rəngi vəhdəti payızın ən asand makiyaj həlli olacaq.

4. Dodaqlara vurğu
Qırmızı dodaq boyası,dəbdən heç vaxt çıxmayacaq-yaşlanmayan bir klassikadır.
Bu payız,bu rəng boyanı sabit makiyajla tandem yaratmaq mümkündür.

5. Çənbərlər
Çənbərlər yenə dəbdədir.
Nazik,enli,muncuqlu,rəngli və s.,seçim çoxdur-odurki,gündəlik geyim tərzi ilə istərsədə tətbirlərə qatılaraq istifadə edə bilərsiz.

6. Rəngli kölgələr
Darıxdırıcı,alışdığımız qara-boz klassik göz makiyajını bu payız rəngli Smoky-eyes əvəz edəcək.
Bürünc,qızılı və yasəmən rəngli göz kölgələri,gecə makiyajının favoriti olacaq.

7. Tünd dodaqlar
Tünd-Mat dodaqlar,payız makiyajının xitlərindən olacaq.
Stilistlər şərab rəngi,qəhvəyi,hətta qara rəngli dodaq boyasını məsləhət görürlər.

8. Gəlincik kirpikləri
Dəbli görünməyin ən asand yolu-səliqəsiz çəkilmiş gəlincik kirpiklər olacaq.

9. Nəm dodaqlar
Mat dodaq boyaları ilə birgə dəbə nəmli boyalarda qayıdır,stilistlər göz qapağınada nəmli boyalarda istifadəsinin mümkün olduğunu söyləyir.

10. Mavi kölgələr
Neçə mövsümdürki yerini tutub saxlayan bu rəng göz kölgəsi yenədə populyarlığını əldən verməyəcək.

11. Dalğa
20-30cu illərin dəbi qayıdır-payızın əsas trendlərindən biri olacaq,beləki cəsarətlə gündəlik saç düzümü kimi istifadə edərək dəbin bir parçası ola biləcəksiz.

12. Qırçın – “Qofre”
“Qofre” – yenidən qayıdır!
Ayrı-ayrı telləri yada bütün saçları bu tərzdə etmək mümkün olacaq.
