İnternet

Ölkə əhalisi daha çox hansı vaxtlarda internetdə olur? | Yeni statistika

762views

Azərbaycanın magistral provayderi “Delta Telecom”, yeni statistikalar barədə məlumat verib.

Məlumata əsasən, şirkətinin şəbəkəsində istifadə olunan internet-trafikin həcmi noyabrın əvvəlindən 5,5 faiz artıb. İnternet trafikin həcmi 190 giqabitə çatıb.

“Delta Telecom” bildirir ki, şəbəkənin yüklənmə dinamikası günün hissələrindən asılı olur. Ən çox yüklənmə axşam saatlarında qeydə alınır. Saat 21:00-23:00 arası 190 giqabitədək yüklənmə qeydə alınır. Səhər erkən saatlarında bu rəqəm 20 giqabitə bərabər olur.

Qeyd edək ki, ölkədə “Delta Telecom”un trafikini 25 telekommunikasiya operatoru bölüşdürür.