Dünya

Obama ; ” Trump’a marketdə belə iş verilməməlidir “

472views

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barack Obama, Hillary Clinton kampaniyasını dəstəkləmək üçün Amerika xalqına səslənib.

Obama, bir ay sonra keçiriləcək seçkilər ilə əlaqədar Şimali Carolina Ştatının Greensboro şəhərində baş tutan mitinqdə çıxış edib.

Amerikalı seçicilərə səslənən prezident, insanları Donalt Trumpın ‘Qaranlıq xəyallarına’ yox deməyə çağırıb.

Obama, “Qorxunu, incikiliyi və nifrəti özümüzdən uzaq tutaraq tanıdığımız Amerikanı seçə bilərik. Çəsarətli, xoş niyyətli və köklü Amerikanı.” deyə səslənib.

Donalt Trump’ın qadınları təhqir edən videosuna fikrini bildirən Obama, “Belə bir adama marketdə belə iş verilməməlidir” deyə söyləyib.

Barack Obama’ın çıxışı zamanı isə üzərində “Təcəvüzkar Bill Clinton” yazısı olan köynəklər geyinən bir qrup mitinq iştirakçısı prezidentin çıxışını kəsməli olub. Hillari Clinton tərəftarları isə dərhal qrupu küyə tutmağa başlayıb. Bu anda Obama, mitinq iştirakçılarına, etirazlarını bir ay sonra seçkilərdə daha dolğun gösstərə biləcəklərini tövsiyyə edib.