Mobil

Nokia 5 və Nokia 3, MWC 2017-də təqdim edildi

Nokia 5
1.11Kviews

Nokia bu gün MWC 2017-də yeni ağıllı telefon modellərini təqdim edib.

Nokia, MWC 2017 çərçivəsində maraqla gözlənən tədbirini keçirib. Tədbirdə maraqla gözlənilən yeni Nokia 3310 modelindən başqa, Nokia 5 və Nokia 3 modellərini də açıqlayıb. Android 7.0 Nougat sistemli büdcə dostu modellər olan Nokia 5 və Nokia 3, ölkəmizdəki istehlakçıların də diqqətini çəkəcək kimi görünür.

Nokia 3
Nokianın yeni modelləri Nokia 5 və Nokia 3 adlandırılmışdır. Bu modellərdən Nokia 3-ün 5-düym HD ekranı var. Gorilla Glass ilə qorunan modelin arxasında 8mp kamera var. Dörd nüvəli Mediatek prosessordan gücünü alan Nokia 3-də həmçinin, 2 GB Ram, 2650 mah batareya, 16gb daxili yaddaş kimi keyfiyyətlər var.

Nokia 5
Nokia 5 modelində isə bir az daha böyük, 5.2-düym HD ekran var. Gücünü Qualcomm Snapdragon 430 prosessordan alan cihaz, 2 GB Ram ilə müşayiət edilir. Bundan başqa, cihazda, alüminium örtük, 13 MP arxa kamera, 3000 mah batareya və 16 GB daxili yaddaş kimi keyfiyyətlər var.

Nokia 5

Qiymətləri və çıxış tarixləri
Nokia 3 modelinin qiyməti 139 avrodur, Nokia 5in isə 189 avro olaraq müəyyən edilmişdir.

Gümüş Ağ, MatQara, Mavi və Mis Ağ rəng variantlarına malik olan modellərin 2017-nin ikinci rübündə satışa çıxması gözlənilir.