TəbiətTV

National Geographic’in Hirkan Qoruğunda çəkdiyi Azərbaycan bəbirləri | Video

The World's Most Wanted Leopard (Azerbaijan)
1.58Kviews

Fotoqraf və kinorejissor Adrian Streyn Afrikadan Azərbaycana nəsli kəsilən Qafqaz bəbirinin axtarışı üçün gəlmişdi.

O, ölkəmizə ekspertlər qrupu ilə səyahət edib, bura afrikalı ləpirçi, rusiyalı alim və yerli “bəbir insan” Babaxan və digərləri də daxil idilər.

National Geographic üçün, Adrian Streynin hazırladığı sənədli filmdə Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da çıxış edib.

“Azərbaycan haqqında heç nə eşitməmişdim. Deyilənlərə görə, bu ölkədə Avropada nəsli kəsilmək üzrə olan bəbirlər yaşayır. Ümid edirəm ki, yerli əhali mənə bəbirləri tapmaqda kömək edəcək”, – deyə Adrian Streyn bildirib.