847
Amerikan Milli Havaçılıq və Kosmos Dairəsi (NASA), ABŞ-dakı bitki örtüyü və istixana qazlarını kosmosdan araşdırmaq məqsədiylə yeni iş başladacağını bildirib.
Amerikan Milli Havaçılıq və Kosmos Dairəsinin (NASA) rəsmi internet saytından edilən açıqlamada, GeoCARB olaraq adlandırılan proqramla, 35 min 400 kilometrlik məsafədən Amerikadakı karbondioksid, karbonmonoksid və metan qazı hərəkətlərini izləyəcəyini bildirib.
Məlumatda, Amerikanın təbii karbon hərəkətliliyi ölçülərək qitədəki bitki sağlamlığı və istixana qazlarının izləniləcəyi qeyd olunub. GeoCARB proqramı ilə dünyanın təbii karbon dövrü ilə əlaqədar əhəmiyyətli yeni ölçümlərin əldə ediləcəyini ifadə edilib.
add a comment