Mobil

Mobil telefonlar həyat tərzinin barədə sirrlərinizi aşkara çıxardır

766views

Gündəlik həyatın imtina edilməz bir parçası halına gələn cib telefonları həyat sirrlərinizi aşkara çıxardır.

ABŞ-da edilən araşdırmada, cib telefonu üzərindəki molekullar araşdırılıb və bu sayədə istifadəçinin nələrdən xoşlandığı hətta dərman alıb-almadığı belə təsbit edilib.

Kaliforniya Universiteti San Diego Tibb Fakültəsindən olan araşdırmaçılar, adamın toxunduğu hər şeyin üzərində molekul, kimyəvi və bakteriya buraxdığını, əl yumanın belə bu vəziyyəti önləmədiyini ifadə ediblər. Araşdırmaçılar, 40 adamın cib telefonlarından və əllərindən alınan 500 nümunəni araşdıraraq verilənlər bazasında təyin olunan molekullarla müqayisə edib və hər bir telefon istifadəçisinin ‘həyat tərzi profilini’ çıxardıblar.

İşin idarəçilərindən Dr. Amina Bouslimani, “Cib telefonunda buraxdığı molekulları araşdıraraq o adamın cinsi, istifadə etdiyi kosmetik məhsulları, saç boyası, günəş kremi, içdiyi qəhvə növü, sevdiyi ədviyyatlı yeməklər, depressiyaya qarşı müalicə görüb görmədiyini söyləyə bilərik” deyib.

Molekulların böyük bir hissəsi adamın dərisindən, əllərindən və tərindən cib telefonuna keçdiyini söyləyən Bouslimani, ağcaqanad qovucu və günəş qoruyucuların aylarla istifadə edilməmiş olsa belə adamın dərisində və telefonunda qaldığını ifadə edib. Bu üsulun, barmaq izinin olmadığı zamanlarda bir obyektin kimə aid olduğunu təyin etmək, xəstələrin dərmanlarını alıb almadığına nəzarət etmək və bir adamın hava çirkliliyinə məruz qalıb-qalmadığını təyin etməkdə faydalı ola biləcəyini də diqqətə çatdırıb.