Dünya

Maria Sharapova üçün önəmli qərar günü

711views

CAS, dopinq cəzası alan Rusiyalı tenisçi Maria Sharapova haqqındakı qərarını bu gün açıqlayacaq.

Beynəlxalq İdman Arbitaj Məhkəməsi (CAS), dopinqdən istifadə səbəbindən aldığı 2 il cəzaya etiraz edən Rusiyalı tenisçi haqqında bu gün son qərarı açıqlayacaq.

Beynəlxalq Tenis Fererasiyası (İTF) tərəfindən verilən 2 illik cəzanın ləğv olunmasını ya da azaldılmasını tələb edən Sharapova’a cavab bu gün Azərbaycan saatı ilə 17-00’da açıqlanacaq.

Xatırladaq ki, bu il mövsümün ilk “grand slam” yarışı olan “Avstraliya Açıq” davam etdiyi vaxtda dopinq testində qadağan olunan maddə istifadə etdiyi aşkarlanan Sharapova , sözü gedən dərmanı 10 ildir istifadə etdiyini ancaq 1 Yanvar 2016 tarixindən qadağan olunan dərmanlar siyahısında olduğunu bilmədiyini söyləmişdi.

Karyerasında 5 “grand slam” cempionluğu olan 29 yaşındakı tenisçi ilk açıqlamasında məlumatsız olduğu üçün belə bir səhvə yol verdiyini və cəza almaması gərəkdiyini deyərək özünü müdafiə etmişdi.