Macarıstanlı şagirdləri daşıyan bir avtobusun İtaliyanın Verona şəhəri yaxınlığında qəzaya uğrayaraq yanması nəticəsində 16 nəfər həyatını itirib, 39 nəfər yaralanıb.
Fransa tətilindən qayıdan 14-18 yaş arası şagirdləri daşıyan avtobus, İtaliyadan keçərək Macarıstanın paytaxtı Budapeştə getməli idi.
Avtobus, Cümə gecəsi yerli saatla 23:00 radələrində Verona şəhəri yaxınlığında yol kənarındakı körpüyə çırpılıb və ardından alov alıb.
Qəza ilə bağlı xəbərlərdə, toqquşmanın təsiriylə bəzi uşaqların avtobusdan yol üzərini düşdüyü, bəzilərinin isə yanan avtobusda qapalı qalaraq həyatını itirdiyi bidlirilir.
10-u ağır olmaqla bütün yaralıların Verona yaxınlığındakı xəstəxanalara yerləşdirildiyi və şagirdlərin ailələrinin artıq İtaliyaya doğru yola çıxdığı açıqlanıb.
Qəzanın, avtobus sürücüsünün səhvi və ya səhhəti ilə bağlı problemin yaranması səbəbindən baş verdiyi ehtimal olunur.