Məşhur model öz canını heçə sayaraq gölə düşən uşaqları xilas edib.
Avstraliyalı məşhur model Ethan Turnbull və dostu Bennett Jobas, gölün içinə düşən yeddi uşağı öz canlarını heçə sayıb boğulmaqdan xilas ediblər.
ABŞ-da yaşayan Avstraliyalı model Ethan Turnbull və dostu Bennet Jobas, gölün üzərində sürüşməyə getmişdilər. Gölün bir hissəsində dağılan buzdan düşən yeddi uşağı fərq edən dostlar, öz həyatlarını riskə ataraq uşaqları xilas etməyi bacarıblar.
Yaşları on, yeddi arasında dəyişən yeddi uşaq donmuş gölməçədə selfie çəkdikləri zaman üzərində yerləşdikləri buz sınıb və uşaqlar gölün içinə düşüblər. Uşaqları fərq edən Trunbull və dostu, uşaqların suda çırpındığını görüncə dərhal köməyə gediblər və xilas ediblər.
Ethan Turnbull, verdiyi bəyanatda uşaqların suyun içində çırpındığını görüncə dostu ilə birgə uşaqlara doğru getdiklərini və özünün sudan çıxardığı uşaqları dostuna tərəf atdığını, dostunun da uşaqları təhlükəsiz bir yerə çıxardığını söyləyib. Model, sudan çıxartdığı son üç uşağın soyuğa görə şüurlarını tamamilə itirdiklərini söyləyib.
Sudan çıxarılan uşaqlar xəstəxanada müalicə altına alınarkən, Turnbull, dostu ilə vaxtında görməmiş olsaydılar uşaqların qısa müddət ərzində su altından çıxmayacaqlarını və donaraq öləcəklərini deyib.
ABC News-da proqrama qatılan məşhur model və dostunun uşaqlarını xilas etdiyi o kadrlar: