Sağlamlıq

Limon suyunun faydaları | Limonlu su nəyə xeyirlidir?

1.28Kviews

Limonlu su nəyə xeyirlidir? Limonlu su içməniz üçün 6 səbəb.

1– Həzmə köməkçi olan limon suyu həzm sistemini toksinlərdən təmizləyər, mədədəki yanma hissi və qabarıqlıq kimi narahatlıqları da nizama salır.

2– Arıqlamağa köməkçi olan ilıq limonlu suyu nizamlı içdiyimizdə mədədəki turşuluq nisbəti tənzimlənir. Mədə turşusu yüksək olan kəslər davamlı bir şeylər yeyərək mədəni doldurmaq meylində olurlar. Bu da qısa müddətdə acmağa və kilo almağa səbəb olur.

Limonun içərisində olan pektin lifi aclıq hissini gecikdirər.

3– İmmunitet sistemini gücləndirər. Stress, immunitet sistemini zəiflədir buna görə də immunitet sistemini dəstəkləyən C vitaminli qidaları istehlak etmək stressli olduğunuz anlarda prioritet olmalıdır. Limon da mükəmməl bir C vitamini qaynağıdır.

4– Təmiz bir nəfəs üçün, diş əti iltihablarına və diş ağrılarına xeyirli olduğu kimi nəfəsinizin pis iy verməsinin də qarşısını alır. Ancaq diş minasına zərər vermək istəmirsinizsə limonu birbaşa dişinizlə yeməyin.

Limonlu su içdikdən sonra da dişlərinizi fırçalayarsanız daha faydalı olduğunu görərsiniz.

5– Ph dəyərinin tarazlığını yaradan limon, ən məsləhətli qidalardan biridir və içində olan sitrik turşusu həzm prosesində turşuluq yaratmaz. Hər gün limonlu su içsəniz bədəninizin ümumi turşuluq nisbəti zaman içərisində aşağı düşər.

Əlavə olaraq iltihabın səbəblərindən biri olan oynaqlarda yığılan urik turşusu limonla yox olur.

6– Özünüzü daha enerjili hiss etməyiniz üçün limon qoxusunun sinir sistemində sakitləşdirici təsiri olduğunu bilirdinizmi?

Sinir sistemindəki bu sakitlik, depressiyaya və narahatlığa xeyirli gələrkən sizə xoşbəxtlik verəcəyi üçün də özünüzü daha gümrah hiss etmənizi təmin edər. Limon həzm sisteminə girdiyində bədənə enerji verir.