Mobil

LG G6-nın ilk satış rəqəmləri gəldi

855views

LG-nin yeni admiral gəmisi modeli LG G6-nın ilk satış rəqəmləri Cənubi Koreyadan gəldi.

LG-nin MWC 2017 sərgisində tanıtdığı LG G6 modeli təqdim edildiyi gündən bəri istehlakçıların marağını çəkməyi bacarmışdı. Bu cihaz qısa bir müddət əvvəl Cənubi Koreyada ön sifarişə təqdim olunmuşdu. Bu gün, LG G6nın ilk satış rəqəmləri paylaşılıb.

Dizaynı və yüksək səviyyə texniki xüsusiyyətləri ilə diqqətləri üzərinə toplayan LG G6, ön sifarişə təqdim olunmasının ardından 4 gün sonra, 40 mindən çox satmağı bacarıb. Yalnız Cənubi Koreyada ön sifarişə təqdim edildiyi nəzərə alınarsa, bu rəqəmin olduqca yaxşı olduğunu deyə bilərik.

Digər tərəfdən, LG G6nın Cənubi Koreyada 10 martda satışa çıxması gözlənilirdi, digər ölkələrdə isə aprel ayının əvvəllərində satışa təqdim olunacaq.