Kosmosdan xəbər yayımlayan ilk müxbirlər.
Cing Haypıng və Çın Dong, Çinin orbitdəki kosmos gəmisi “Tiengong-2” modulu vasitəsi ilə dünyaya xəbər ötürən “ilk kosmos jurnalistləri” oldular.
Çinli astronavtlar Cing Haypıng və Çın Dong, “xüsusi müxbir” statusu ilə orbitdə olan Tiengong-2 (Göy Saray-2) kosmos maşınından xəbər təqdim etdilər. Belə ki, ölkənin rəsmi xəbər agentliyi Şinhua‘nın Pekin mərkəz ofisindəki yayımına orbitdən görüntülü bağlanan astronavtlar, “kosmosdan birbaşa xəbər verən ilk müxbirlər” adını qazanıblar.
33 günlük missiya çərçivəsində atılan Şıncou-11 kosmos maşınında olan və vasitənin bitişdiyi Tiengong-2-də işlər aparan iki astronavt, orbitdəki həyatları ilə bağlı məlumatlar paylaşıblar.
“Kosmos Jurnalistikasının ilk nümunəsi” olaraq adlandırılan görüşdə astronavtlar, Tiengong-2dəki labaratoriyada həyata keçirilən təcrübi işlərdən, zibilləri necə atdıqlarına qədər kosmosdakı gündəlik həyatlarını izah ediblər, kosmos ailəsinin bir fərdi olmaqdan xoşbəxtlik duyduqlarını dilə gətiriblər.
Orbitdən bu gün ayrılması gözlənilən Göy Saray-2-də toplanan məlumatları, yanlarında gətirdikləri əşyaları toplamağa başladıqlarını söyləyən astronavtlar, vəzifəni müvəffəqiyyətlə tamamlayıb dünyadakı ailələrinə və sevdiklərinə qovuşacaqları üçün həyəcanlı olduqlarını da söyləyiblər.