Cape Breton – Kanada adasında Yeni Şotlandiya yarımadasının şimal-şərq istiqamətində yerləşən kiçik şəhərcikdi.
Yer üzündə cənnətin hissəciyi olan bu şəhərin ən əhəmiyyətli xüsusiyyəti yerli çörəkxanası və eyni zamanda qastronom (mağaza) – “The Country Farmers Daughter” -dir. Mağaza biznesini genişlətməyə çalışır və bunun üçün bütün lazımı əlamətlər var. İnsanlardan başqa.
Qeyri-adi dərəcədə gözəl təbiəti və təmiz ekologiyası olan bu adada sosial həyat lazımı dərəcədə aparılır – kilsə, uşaqlar üçün dərnəklər, maraqlı mədəni irsi və azalmaqda olan 150 000 nəfər əhalisi var.
İşə ehtiyacı olan yerli sakinlər, artıq profili üzrə işlə təmin olunublar, biznesin inkişafı üçün perspektivlər yaradılıb, amma işçi qüvvəsi hələdə çatışmır. Bununla əlaqədar “Facebook” şəbəkədə yerli mağazanın açdığı “Farmers Daughter The Country” qrupunda edilən post, həqiqət ola bilmək üçün inanılmazdır.
Cape Breton -un təcili olaraq, sakinlərə ehtiyacı olduğuna görə, ora köçmək arzusunda olanlara burada qərarlaşıb, yaşamaları üçün işlə təminat müqabiləsi və 2 sot torpaq sahəsi təklif edir. Ancaq əcnəbilər üçün bir şərt var: Cape Breton yalnız işə rəsmi icazəsi olan vətəndaşları işə qəbul edə bilər.
Bunun üçün Kanada qanunvericiliyinə dair cəmi 2 sənəd almaq lazımdır: Kanada işəgötürən tərəfindən dəvət almaq (əvvəlcədən tələb etmək lazımdır), Əmək Ehtiyatları və Kanada Sosial İnkişaf Nazirliyindən təsdiq edilmək, və müvəqqəti viza alındıqdan sonra rəsmiləşdirilən – razılığı almaq (Work Permit).
Bəs siz məqsədinizin olduğu yerə, arzunuzun ardınca uzaq səyahətə çıxardız?