Layihəni Calzedonia italyan şirkəti maliyyələşdirir və qarşıdan gələn üç il ərzində yekunlaşdırılması planlaşdırılır. Ştutqart və Berlindən olan mühəndislər avtomatik hərəkətə gələcək və pis hava şəraitində amfiteatrı bağlayacaq müasir parça örtük ixtira ediblər. Layihənin hədəfi təkcə auditoriyanı deyil, həm də amfiteatrı pis havadan qorumaqdır.

yaaz.az

Qeyd edək ki, Arena-di-Verona eramızın 30-cu ilində qladiator və dəniz döyüşlərinin, eləcə də sirk tamaşalarının keçirilməsi üçün tikilib. Şəhərin əsas meydanı olan Pyatsa Brada yerləşən arena 2000-ci ildə Veronanın digər tarixi abidələri ilə birlikdə YUNESK-nun Ümumdünya irsi siyahısına daxil edilib.