“Qlobal İstiləşmə” şimal qütbünə yaxın coğrafi ərazilərə təsir göstərməyə başlayıb
İslandiya adasının şərqində yerləşən Skeidararjökull-dəki (sıkeydarar kəndi) buzlar 500 ildən bu yana ilk dəfə olaraq tamamən əriyib. Bunun nəticəsi olaraq əvəllər kicik çay olaraq axan bir neçə çay birləşərək genish çay şəklində axmağa başlayıb.
İslandiyalı kəndçi Hannes Jonsson : “Hal hazırda dayandığımız yerdə ancaq buzlar var idi ancaq son 6 ildə buzlar əridi və çaylar daha da bol sulu axmağa başladı. Bunun olacağını gözləyirdik” deyə öz fikrini bildirib.
Beləliklə bir zamanlar tamamən buz olan yerlər “Qlobal İstiləşmə” nəticəsində artıq palçıqlı yerlərə çevrilməkdədir. Bu isə bir çox dövlət liderlərinin də dedikləri kimi, yaşadığımız dünyanı olduqca böyük problemlərə aparır.