Mobil

iOS 10’da kilid ekranı ana ekran düyməsinə basmadan necə açılar?

772views

iOS 10’da kilid ekranı ana ekran düyməsinə basmadan necə açılar?

Yeni əməliyyat sisteminin kilid ekranı istifadəçilər tərəfindən istifadəsi narahat olaraq qəbul edilir.

Apple, iPhone 7 və iPhone 7 Plus ilə birlikdə iOS 10-u da yayıma vermişdi. Lakin iOS 10-un çıxardığı bir sıra problemlər var. Brick olan iPhone’lar, mesajlar tətbiqinin çökməsi, səsin qısılması, batereya saxlama gücünün azalması və s. problem olaraq görünür.

Bunlardan ən vacibi isə təbii ki, kilid ekranın açılmasıdır. iOS 10da kilid ekranını açmaq üçün ana ekran düyməsini yəni bildiyimiz adıyla home düyməsinə basmaq lazımdır. Barmaq iziylə açılmasına öyrəşən istehlakçılar üçün əsəb pozucu bir vəziyyət olsa da, çox sadə bir həlli var.

Bunun üçün, ayarlardan Touch ID’ni seçməlisiniz və bir daha home düyməni basmağa ehtiyac duymayacaqsınız. Bunun üçün Parametrlər> Ümumi> Erişilebilirlik> Ana Ekran Button (iOS əməliyyat sistemi azərbaycan dilini dəstəkləmədiyi üçün türk dili menyusuna əsasən yayımlanır) menyusuna gəlin. Barmağı qoyaraq aktiv edin. Bundan sonra yenə köhnəsi kimi barmaq izinizlə kilid ekranını aça biləcəksiniz.527252186815