Cihazlar

İnsanlar robotlarla ailə qurmağa başlayacaq

852views

Sizi dinləyən, istədiyiniz zaman yanınızda olan və sizə qarşılıqsız yardım edən bir robota qarşı münasibətiniz necə olar?

Bu mövzuda bir çox fikir var. Belə düşünənlərdən biri də robotlar və süni zəka üzərində iş aparan Doktor Devid Levy-dir.
Verilən məlumatlara görə, 2050-ci ildən etibarən insanlar və robotlar birlikdə yaşayacaqlar, hətta evlənəcəklər. Burada əsl əhəmiyyətli olan isə, robotların insanlara nə qədər oxşaya biləcəyi və davranışlar mövzusunda nə qədər yetərli olacaqlarıdır. Əgər bu faktorlar kifayət qədər yetərli olsa, bir çox insan üçün robotlar maraqlı ola bilər.

Digər tərəfdən, robotların xarici görünüşlərinin də istəyə görə nizamlana bilinməsini də göz önünə alsaq, bir çox insanın bu robotlardan istifadəsinin artacağına da əmin olmaq mümkündür.