Siyasət

İlk mərhələnin qalibi Hillary Clinton

664views

Hillary Clinton və Donald Trump’ın canlı yayımda ilk müzakirələri baş tutdu. Birinci mərhələnin qalibi Clinton oldu.

Amerika Birləşmiş Ştatları’nda prezidentliyə iki namizəd, Demokratlar partiyasından Hillary Clinton və Respublikaçılar partiyasından Donald Trump, 8 noyabrda baş tutacaq seçkilərin bir parçası olan ilk canlı yayım müzakirəsində qarşı qarşıya gəldilər.

160927-giysi-abddbbeqvkuve6gyk2jbamnqqNew York’da təşkil olunan və bir saat yarım davam edən müzakirə, ABŞ tarixində eyni zamanda bir ilkə imza atdı. Çünki, ilk dəfə olaraq bir qadın namizəd ilə bir kişi namizəd canlı yayımda planlarını açıqlayırdı. Eyni zamanda 100 milyon Amerikalının bu yayımı canlı olaraq izləməsi də tarixin ilk bele çox sayıda tamaşaçı kütləsi idi.

Müzakirə bitdikdən sonra isə ən maraqlı məqam ilk sorğunun nəticəsi idi. CNN’in açıqlamasına əsasən gecənin qalibi Clinton oldu. Sorğuya əsasən ilk nəticələr Clintonun 67 %, Trump 33 % şəklində oldu. Qeyd edək ki, CNN’in Clinton tərəftarı olduğu söylənilir.

İlk qarşılaşmada, işsizlik, iqtisadiyyat, xarici siyasət, İŞİD ilə mübarizə, İran ilə nüvə razılığı, Rusiya və Çin’in dünyadakı fəaliyyətləri mövzuları daha önə çıxdı.abdde-baskanlik-kapismasinda-ilk-raunt-clintonin2ddmqbrpmeqpij9-ucrjagDAHA İKİ GÖRÜŞ BAŞ TUTACAQ

ABŞ’da 8 noyabrda keçiriləcək seçimlər üçün namizədlər iki dəfə yenidən canlı yayımda müzakirəyə qoşulacaqlar. İkinci qarşılaşma 9 Oktyabr, üçüncüsü isə 19 oktyabrda baş tutacaq.live-coverage-of-the-first-presidential-debate-between-hillary-clinton-and-donald-trump-1474938727İŞİD İLƏ MÜBARİZƏ

Hər iki namizəd də açıqlamalarında daha çox vədlər verərkən, İŞİD ilə bağlı da müəyyən fikirlər səsləndi. Trump bu məsələ ilə bağlı plan təqdim etməzkən Cinton öz planlarından danışdı. İlk olaraq Hava Qüvvələri’ni artıracağını söyləyən Clinton, Kürt və Ərəblər’i daha çox dəstəkləyəcəyini bidlirdi.

Başqa bir məsələyə də toxunan Clinton, ” Ölkədə varlı ilə kasıb arasında uçurum artıq daha da genişlənir. Mən orta təbəqədən olan bir ailənin övladı olmuşam və orta təbəqənin yüksəlməsi və gələcəyini siğortalaması üçün əlimdən gələni edəcəm.” şəklində danışdı.(L-R) Republican presidential nominee Donald Trump and Democratic presidential nominee Hillary Clinton shake hands prior to the start of the Presidential Debate at Hofstra University on September 26, 2016 in Hempstead, New York.  The first of four debates for the 2016 Election, three Presidential and one Vice Presidential, is moderated by NBC's Lester Holt.Donald Trump isə Clinton’a nisbətən daha negativ mövzular ətrafında açıqlamalar verdi. Trump, “İran ilə imzalanan nüvə razılığı müqaviləsinin ləğv olunması lazımdır. Ölkə daxilində insaların Polisə olan güvənini artırmalıyıq. İŞİD-i Obama və Clinton siyasəti ortaya çıxardıb, bu ciddi bir səhv idi və bu mövzuda mütləq Çin’in və Rusiya’nın köməyindən istifadə etməliyik.” şəklində ifadəsini bildirdi.

Clinton isə cavabında “ABŞ’da qaralar və ağlar arasında ayrı seçkilik olduğu belə bir vaxtda Trump’ın Müsəlmanlar və Latın köklərinin olduğu insanlar haqqında söylədikləri ABŞ’a yaraşmır.” deyə bildirdi.160927-clinton-trumpkgywcxyilusci8nch3u1zaTrump’ın müzakirədə təxminən 1300 dəfə pul sözünü istifadə etməsi diqqət çəkdi. Böyük biznesə sahib olan namizəd ölkəni bir iş yeri kimi idarə edəcəyini bir daha söylədi. Clinton tərəftarları isə “Bura şirkət deyil böyük bir ölkədir” deyə yerlərindən səsləndilər.

Beləliklə həm sorğunun həm də müzakirənin gedişatı göstərdi ki, ilk mərhələnin qalibi Hillary Clinton’dur.