820
ABŞ’da Prezident seçkilərində qalib olan Donald Trump artıq diplomatik görüşlərə başlayıb.
Trump’ın, ilk görüşdüyü xarici dövlət rəsmisi Yaponiyanın baş naziri Shinzo Abe olub. Manhattan’dakı Trump’ın iqaməti sayılan qüllədə reallaşan görüş 90 dəqiqə davam edib.
Yaponiyanın Baş Naziri, görüş sonrası açıqlamasında Trump haqqında olduqca xoş ifadələr işlədib:
”Burada sizə bugünkü görüşün təfərrüatları haqqında tam ətraflı məlumat verə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, iki ölkə arasında əgər qarşılıqlı güvən olmasa əlaqələr inkişaf edə bilməz. Mən bugünkü görüşümüz nəticəsində hörmətli Trump’ın etibarlı bir lider olduğuna inandım. ”
add a comment