
Haiti Respublikasında həyatı iflic edən Matthew Qasırğasında həyatını itirənlərin sayı 900 nəfəri çatıb.
Ölənlərin sayısını sürətlə artdığı vaxtda, ABŞ 350 min insanın köməyə ehtiyac duyduğunu açıqlayıb.
Beynəlxalq Qızılxaç Təşkilatı, qasırğanın şiddətli olduğu Jeremie bölgəsində 50 min insanın dərman, su və sığınacaq ehtiyacını qarşılamaq üçün 7 milyon dollarlıq yardıma ehtiyacın olduğunu bildirib.
Bölgədə olan Euronews kanalına müsahibə verən yerli sakinlər ;
“Qasırğa qarşısına çıxan hər şeyi yernən bir etdi. Evlərimizi belə. Hal hazırda yenə də qorunmağa çalışırıq. Bütün şəxsi əşyalarımız yox olub. Uşaqlarımız ilə birgə çöldə qalmaq məcburiyyətindəyik. Bu vaxta qədər köməyə gələn olmayıb”
“Nə yemək nə də gedə biləcəyimiz bir xəstəxana var. Bura yaxın digər bütün xəstəxanalara müraciət etməyinizi xahiş edirəm, çünki dərmana və həkimə ehtiyacımız var.” deyə bildiriblər.
Yüzdən çox evin tamamı ilə sıradan çıxdığı ərazilərdə, yoluxucu xəstəliklərin yaranma riskinin olduğu bildirilir.
